Xızı polisi şəhid ailəsini ziyarət etdi

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Şöbə əməkdaşları torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkərək, onlara dərin ehtiramlarını bildiriblər, qayğıları ilə maraqlanıblar.

Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın sərgilədikləri igidlik salnamələrindən danışılıb, ailələrə sovqatları təqdim edilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə və polis əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button