Xızı RPŞ-nin əməkdaşları reyd keçiriblər

Xızıda polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan polise.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir.

Rayon ərazisində xidmət aparan şöbə əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər apararaq, onlara tibbi maskalardan istifadə etmələrinin vacibliyini çatdırıblar.

Keçirilən reydlər zamanı polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq maskadan istifadə etməyən şəxslər barədə qanunverciliyə uyğun olaraq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button