Xızı sakinindən avtomat və ona aid sursat aşkar edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.