Xızıda və Xaçmazda polis əməkdaşları məktəblilərlə görüşüb

Xızı və Xaçmaz rayonlarında narkomaniya əleyhinə profilaktik tədbirlər davam etdirilir. Həmin rayonların polis şöbələrinin əməkdaşları bir sıra məktəblərdə “Gənclər narkotikə yox deyir” mövzusunda tədbir keçiriblər.

Tədbirdə çıxış edən Xızı RPŞ-nin rəisi, polis polkovniki Faiq Hüseynov və Xaçmaz RPŞ-nin rəisi, polis polkovnik leytenantı  Həmid Həsənov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar veriblər. Narkotikin insan həyatına və sağlamığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayonlar ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə çıxış edən digər qurumların nümayəndələri də  ölkəmizin gələcəyi olan şagirdlərin sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və  narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Hamısını Göstər

Related Articles

Back to top button