Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin-şəhidi dəfn edildi

Xocalı şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən iki – şəhid Cingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov torpağa tapşırılıblar.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-ın Qarabağ bürosuna verilən məlumata görə, hər iki şəhidin nəşi müvəqqəti məskinlaşdıqları rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimlərində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təmsilçiləri, Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cingiz Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

Digər şəhid Səfər oğlu Qəmbərov 1961-ci ildə Xocalı rayonunda anadan olub, 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button