Xocavənddə erməni ordusuna məxsus silah-sursat tapıldı
Xocavənd rayonunda silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib.
Polis əməkdaşları bir minaatan qurğusu, iki qumbaraatan, səkkiz top mərmisi və 6 200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.