Xocavənddə mülki şəxs minaya düşdü
Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xocavənd rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.