Xocavənddə zərərsizləşdirilən erməni terrorçuları mövqe qurmağa cəhd ediblər

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə tutulan 62 erməni terrorçusundan söz açıb.

H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Ermənistan müharibə dayandıqdan sonra Azərbaycan hərbçilərinə və sivil vətəndaşlara – mobil operator şirkətinin əməkdaşlarına qarşı terror hücumu təşkil edib.

H.Hacıyevin sözlərinə görə, bu şəxslər Ermənistanın Şirak bölgəsindən gələn ermənilərdir.

“Onların hərbi bazaları Şirakdadır. Onlar 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Şirakdan gəldilər və Azərbaycan ərazilərinə hücum etdilər, mövqe qurmağa çalışdılar”,-deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, beynəlxalq və Azərbaycan qanunlarına əsasən, bu kateqoriyadan olan şəxslər hərbi əsir hesab edilə bilməz.

H.Hacıyev onu da vurğulayıb ki, birinci Qarabağ müharibəsi dövründən 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.

“Onların əksəriyyəti, yəqin ki, artıq həyatda deyil və kütləvi məzarlıqda dəfn edilib. Biz Ermənistan tərəfindən onların dəfn olunduğu yerin xəritələrini istəyirik. Biz Ermənistandan konstruktiv yanaşma gözləyirik”,-deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ötən ilin dekabrında Xocavənddə keçirdiyi anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşlarından ibarət 62 nəfərlik diversiya qrupu saxlanılıb.

Ermənistan onları “müharibə məhbusu” kimi qələmə verməyə çalışır, lakin həmin şəxslər beynəlxalq qanunlara əsasən terrorçudurlar.

Hamısını Göstər

Related Articles

Back to top button