XRİTDX: “Arabian Ghost” haker qruplaşması Azərbaycanın dövlət saytlarına kiberhücumlar edir

“Arabian Ghost” adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya ehtiyatlarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.

Bu barədə Teleqraf-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.

Dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar XRİTDX tərəfindən 24/7 monitorinq olunur və bu hücumların qarşısı tərəfimizdən keçirilən tədbirlər nəticəsində alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya ehtiyatlarında heç bir dayanma və ya müdaxilə halı qeydə alınmayıb.

Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq.

Qeyd edək ki, XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi saytında (https://www.cert.gov.az) kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button