Xroniki alkoqol xəstələri valideynlik hüququndan məhrum edilirlər – Qanun nə deyir? – VİDEO

Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin bəzi hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər.
Moderator.az xəbər verir ki, Oxu.az-ın “Qanun nə deyir? adlı rubrikasının bugünkü mövzusu valideynin bu hüquqdan məhrum edilməsi ilə bağlıdır.
Hansı hallarda valideyn bu hüquqdan məhrum edilir?
Ailə Məcəlləsində sözügedən hallar aydın təsbit olunub:
– öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
– alimenti qəsdən ödəmədikdə;
– heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə;
– valideynlik hüquqlarından sui-istifadə etdikdə;
– uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
– xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
– uşaqların sağlamlığına və ya həyatına qarşı qəsdən cinayət törətdikdə;
– uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button