Xudavəng monastırına Azərbaycan hərbçiləri nəzarət edir

Azərbaycan tərəfi xarici vətəndaşların Kəlbəcər bölgəsindəki qədim Alban monastırı Xudavəngə (erməni versiyasına görə Dadivank – red.) girişinə qadağa qoyub.

Bu barədə çexiyalı jurnalist Marketa Kutilovanın mikrobloquna istinadən xəbər verilir.

M. Kutilovanın sözlərinə görə, azərbaycanlı zabit ona və digər xarici jurnalistlərə Xudavəngə daxil olmağa icazə verməyib.

“Rusiya sülhməramlıları ilə bağlı heç bir problem yoxdur, amma azərbaycanlılar xaricilərin Dadivanka girişini müsbət qarşılamır, baxmayaraq ki, ruslar tərəfindən nəzarət olunmalıdır”, M.Kutilovanın mikrobloqundan sitat.

Çexiyalı jurnalistin yaydığı məlumat bunu göstərir ki, monastır Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir və monastırın girişində nəzarət nöqtəsi qurulub.

Hamısını Göstər

Related Articles

Back to top button