“XXI Əsrin Qadınları” insan alverinə qarşı layihənin icrasına başlayır
Mahirə Əmirhüseynova: “Məqsəd insanların sağlam cəmiyyətdə rahat yaşamasını təmin edən dövlətimizə prosesin dayanıqlı olması üşün dəstək göstərməkdir”.
“XXI Əsrin Qadınları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri qurbanları üçün sosial reablitasiya mərkəzinin fəaliyyətinin təşkili, onlara sosial, hüquqi yardımların göstərilməsi” layihəsinin icrasına başlayıb.
Layihə barədə “polise.az”a açıqlama verən təşkilatın və İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri, sədri Mahirə Əmirhüseynova bildirib ki, onun rəhbərlik etdiyi QHT bu mövzu üzrə daha çox ixtisaslaşdığı üçün faəliyyətlərinin müsbət nəticələri olur:
“45 QHT-ni özündə birləşdirən koalisiya memorandum əssasında Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq edir. İdarə ideyalarımızı, gördüyümüz işləri daim dəstəkləyir. QHT Şurasının verdiyi dəstək isə təbii ki, layihənin icrasına bir başa yol açır. Hər iki mötəbər qurumun fəaliyyəti insanların sosial rifahının, cəmiyyətin saflaşması və daha da demokratikləşməsinin inkişafına yönəlib. Biz də QHT olaraq ideya və təkliflərimizlə, onların tətbiqi ilə praktiki addımlar atırıq”.
M.Əmirhüseynova maarifləndirmə işinin həmişə vacib olduğunu diqqətə çatdıraraq, layihə çərçivəsində həm də bu prizmadan çıxış edəcəklərini vurğulayıb.
“Xüsusən sığınacaqlarda olan insanlara sosial xidmət göstərəcək, tibbi, psixoloji, hüquqi, mənəvi yardımlar edəcək, onların həyata və cəmiyyətə bağlılığı istiqamətində əməli addımlar atılacaq. Bu işdə bizə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdraəsi yardımçı olacaq. Təşkilata bir qadın kimi haqqı və hüquqları pozulan xeyli sayda xanımlar müraciət edirlər. Bu müraciətlərin əksəriyyəti ailədaxili münaqişə ilə bağlı olursa, vaxtilə insan alverinin qurbanı olanlar da azlıq təşkil etmir. Belə insanlar reabilitasiya olunmalarını, onlara dəyən zərbələrin ağır fəsadlarının aradan qaldırılamsına dəstək göstərməyimizi istəyirlər. QHT Şurasının dəstəklədiyi bu mövzulu layhələr vəziyyətin acınacaqlı həddə çatmasının qarşısını alır, insan alveri qurbanına çevrilmiş, yaxud çevrilə biləcək ehtimalı olan insanların xilasına çalışılır. Biz də bu ənənəni davam etdiririk. Məqsəd insanların sağlam cəmiyyətdə rahat yaşamasını təmin edən dövlətimizə prosesin dayanıqlı olması üşün dəstək göstərməkdir”.
Təşkilat sədri bildirib ki, onlara müraciət edənlər və kriteriyalara uyğun gələnlərin sığınacaq mərkəzlərinə yerləşdirilməsinə kömək göstərəcək, insan alveri qurbanına çevrilməyin qarşısının alınmasında maarifçilik missiyasını gerçəkləşdirəcək, bu çərçivədə bukletlər hazırlanıb, xüsusi həssas məkanlarda – çayxana, kafe, restoranlarda müştərilərə paylanacaq.
M.Əmürhüseynova onu da söyləyib ki, layihənin səmərəliliyinin artırılamsı məqsədi ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdraəsi, sığınacaqlar, yerli QHT-lər, 152 Qaynar Xətt operatoru ilə yaxından əməkdaşlıq ediləcək.