Yalçın Rəfiyev: Azərbaycan bu tədbirə ev sahibliyi etməkdən qürur duyur

“Azərbaycan COP29-a ev sahibliyi etmək böyük qürur duyur”.

Polise.az  xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “İkiillik şəffaflıq hesabatlarının hazırlanmasında inam və potensialın yaradılması üzrə təlim” seminarında deyib.

O qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar mürəkkəb qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın gücünə inamdan irəli gəlir: “Biz COP29-a ev sahibliyi edən ölkə kimi seçilməkdən qürur duyuruq və bununla bağlı məsuliyyəti dərk edirik. Eyni zamanda, iqlim məsələlərinin bir-biri ilə əlaqəli olduğunu anlayırıq və inanırıq ki, qlobal əməkdaşlıq və dialoq vasitəsilə biz kollektiv şəkildə effektiv həll yolları müəyyənləşdirə bilərik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button