Peskov: Rusiya və İran prezidentləri cümə günü Moskvada danışıqlar aparacaqlar

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar cümə günü Kremldə keçiriləcək.

Polise.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqlar Moskvada, Kremldə keçiriləcək”, – o qeyd edib.

D.Peskovun sözlərinə görə, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması İran Prezidentinin Moskvaya gözlənilən səfərinin çox mühüm tərkib hissəsi olacaq.

“Bu, bizim üçün çox mühüm hadisədir, buna böyük əhəmiyyət veririk”, – mətbuat katibi qeyd edib və əlavə edib ki, prezidentlər mətbuata bəyanatla çıxış etməyi planlaşdırırlar.

Daha əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirmişdi ki, İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button