Yaponiya Çinlə gərginlikdən narahatdır: Rəsmilər Pekinə gedir

Yaponiya hökuməti Baş nazir Sanae Takaiçinin Tayvan barədə səsləndirdiyi fikirlərdən sonra iki ölkə arasında yaranan gərginliyi yumşaltmaq üçün Çinə yüksəkvəzifəli diplomat göndərmək qərarına gəlib.
Polise.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, 17 noyabrda Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Departamentinin rəhbəri Masaaki Kanai Pekinə yola düşəcək. Onun 18 noyabrda Çin rəsmiləri ilə mövcud vəziyyətin müzakirəsi üçün danışıqlar aparacağı gözlənilir.
Bundan əvvəl Takaiçi parlament debatları zamanı Tayvan ətrafında mümkün hərbi böhranın Yaponiya üçün təhlükə yaradacağını bildirmişdi. O demişdi ki, belə ssenari Tokioya “kollektiv özünümüdafiə hüququndan” istifadə etməyə məcbur edə bilər. Bu açıqlama Pekinin sərt narazılığına səbəb olmuş və Çin hökuməti Yaponiyaya ciddi nota vermişdi.
Polise.az



