Yaponiya öz süni intellektini hazırlamağa 3 trilyon xərcləyəcək

Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt (Sİ) modelinin hazırlanmasına təxminən 3 trilyon yen (cari məzənnə ilə təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı “Yomiuri” qəzeti yayıb. Məlumata görə, birgə layihədə SoftBank kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət iştirak edəcək. Qəzet yazır ki, Yaponiya hökuməti xərclərin təxminən üçdə birini ödəmək, qalan vəsaitin isə özəl firmalar tərəfindən yatırılması niyyətindədir.
Yaponiyanın öz Sİ-nin hazırlanmasına 2026-cı ildə başlanacağı gözlənilir. Buraya, digər şeylərlə yanaşı, ən müasir məlumat mərkəzlərinin tikintisi də daxil olacaq. Bu Sİ modelinin yerli istehsal robototexnikasında da istifadə ediləcəyi gözlənilir.
Polise.az



