Yaponiyada zəlzələ oldu. Ölənlərin sayı artır
Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib.
Bu barədə yerli meteorologiya idarəsi məlumat verib.
Zəlzələnin maqnitudası 7,3 bal olub. Ölkədə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Güclü zəlzələ nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, 194 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
O da qeyd olunur ki, təbii fəlakətə görə dünya çiplərinin 17%-ni istehsal edən “Renesas Electronics” şirkətinin üç fabriki fəaliyyətini dayandırıb.



