Yaponiyadan Rusiyaya etiraz notası
Yaponiya Yapon dənizində, Saxalin və Kuril adaları yaxınlığında genişmiqyaslı hərbi təlimlərlə əlaqədar olaraq Rusiyaya etiraz notası göndərib.
“RİA Novosti” xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Katsunobu Kato deyib.
“Rusiya 23 iyunda hərbi təlimlərin başladığını elan etdi. Rusiya hərbçilərinin şimal ərazilərindəki hərəkətlərini izləməyə davam etmək niyyətindəyik”, – deyə Kato mətbuat konfransı zamanı bildirib.
Yaponiyanın NHK telekanalının verdiyi məlumata görə, etiraz notası Rusiyanın Tokiodakı səfirliyinə çatdırılıb.