Yaşar Gülər: Böyük zəfər Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa ən gözəl cavab oldu

Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi böyük zəfər tarixə qızıl hərflərlə yazıldı, Azərbaycan türklərinin illər ərzində məruz qaldığı haqsızlığa göz yumanlara, həll yolu tapmaq istəməyənlərə ən gözəl cavab oldu.

Polise.az  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycandan olan Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvləri ilə görüşündə deyib.

O bildirib ki, qəhrəman Azərbaycan şəhidləri tarixi dastan yazıb.

“Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan Ordusunun hər bir mənsubunun, xüsusilə də əziz şəhidlərimizin, qəhrəman qazilərimizin göstərdiyi şücaət sayəsindədir”, – nazir vurğulayıb.

Y.Gülərin sözlərinə görə, Azərbaycan həm “Tək Vətən hərəkatı”, həm də antiterror əməliyyatı ilə nümayiş etdirdiyi döyüş qabiliyyəti ilə Qafqaz bölgəsindəki sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli güc olduğunu sübut etdi: “Odur ki, övladlarımızla nə qədər qürur duysaq, azdır”.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan tarixi, mədəni və qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki dövlət, tək millətdir: “Tarix boyu sevinc və kədəri birlikdə yaşayan bu iki qardaş çətin zamanlarda bir-birinin yanında olub. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq hər ötən gün inkişaf edir. Azərbaycanın gücü bizim, bizim gücümüz Azərbaycanın gücüdür. Bundan sonra da belə olacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button