Yaşı 60-dan yuxarı şəxslərin işdən çıxarılması qadağan edilə bilər

Azərbaycanda Əmək Məcəlləsinə “mobbing” anlayışının gətirilməsi və 60 yaşdan yuxarı şəxslərin işdən çıxarılmasının qadağan edilməsi təklif olunur.

Polise.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Təklifə əsasən, Əmək Məcəlləsinə “İş yerində psixoloji təzyiq (mobbing)” adlı yeni maddənin əlavə edilməsi və bu sahədəki hüquqi münasibətlərin bir maddədə ümumiləşdirilməsi nəzərdə tutulur.

Dəyişiklik qəbul olunarsa, işçi təkrarən psixoloji zorakılığa (mobbing) məruz qaldığı hallarda əmək müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququ qazanacaq.

Bundan başqa, işçilərin hüquqlarının sui-istifadə hallarına qarşı daha effektiv qorunması məqsədilə qanunvericiliyin 69-cu maddəsindəki “ləğv edilə bilər” sözlərinin “ləğv edilir” sözləri ilə əvəz olunması irəli sürülüb.

Həmçinin, 60 yaşdan yuxarı şəxslərin əmək müqaviləsinin ləğvi qadağan edilən işçilərin siyahısına daxil edilməsi təklif edilir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button