“Yaxın perspektivdə azərbaycanlıların Xankəndi və digər ərazilərə köçürülməsi mümkün deyil”
“Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən separatçıların liderlərindən olan Vitali Balasanyanın ” Artsax müdafiə ordusunun” gücləndirilməsini, “sərhədlərin” daha da güclü təhlükəsizlik qüvvələri tərərfindən qorunmasi üçün işlər görəcəklərini vurğulması populizmidir və bundan sonra onların güclənməsi qeyri-mümkündür”.
Bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq erməni silahlılarının Xankəndi və digər ərazilərdə qaldığını nəzərə alaraq yaxın perspektivdə azərbaycanlıların həmin yerlərə köçürülməsinin mümkün olmadığını qeyd edib:
“Azərbaycanlıların Xankəndi və digər ərazilərə köçürülməsi ilə bağlı məsələlərin həllinə gəldikdə isə, bu, yaxın perspektivdə mümkün deyil. Çünki, erməni silahlı qüvvələri bu ərazilərdə qalmaqdadır. Onların burada qalması təhlükəsilzik riskidir. Ümumiyyətlə bundan sonra, ermənilərin Qarabağda əvvəlki illərdə olduğu kimi rahat yaşaması, separatçıların güclənməsi mümkün deyil. Bundan əlavə, Rusiya tərəfi burada erməni silahlı birləşmələırini qorumaqla vəziyyəti mürəkkəbləşdirir.
Ermənistan silahlı qüvvələri bundan sonra Qarabağda öz silahlı qüvvələrini yerləşdirməyəcək. Bu, digər ölkənin ərazisində qanunsuz hərbi müdaxilədir. Əgər, Ermənistan öz hərbiçilərini bu ərazilərə göndərərsə, Rusiya sülhməramlı qüvvələri bunun qarşısnı almasa, Azərbaycan silahlı qüvvələri Qarabağda hərəkətə keçməlidir”.
“V. Balasanyan, Arayik Arutunyan Ermənistandan Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə vəziyyətin düzələcəyini gözləyirlər. Hesab edirlər ki, Ermənistan rəhbərliyi və paralel Rusiya onları yenidən silahlanırıb, müharibənin başlanmasına gedəcəklər. Ötən illərin ssenarisinin yenidən baş verməsi üçün R. Koçaryanın hakimiyyəti üçün maksimum çalışırlar.
Türkiyənin Qarabağda olması, Rusiyanın gələcəkdə təxribatılarının qarşısnı alır. Azərbaycanın Şuşada hərbi qüvvələri separatçılarıın başı üzərində ” domokl qılıncı” olmalıdır”, – deyə M.Əsədullazadə şərhini yekunlaşdırıb.



