Yaxın Şərq: İran ABŞ və İsrail hədəflərinə raket zərbələri endirdi – YENİLƏNİR

İranın dövlət televiziyasının verdiyi məlumata görə, Yaxın Şərqdəki ABŞ və İsrail hədəflərinə növbəti raket zərbəsi endirib.

***

12:43

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Fuceyrada neft müəssisəsinə PUA hücumunun qarşısını raketlərlə alıb.

PUA-nın vurulmasından sonra fraqmentlərin əraziyə düşməsi səbəbindən müəssisədə yanğının baş verdiyi bildirilib.

İsrail Müdafiə Qüvvələri isə Beyrutda “Hizbullah”ın komandanlıq mərkəzləri, silah anbarları və peyk rabitəsi qurğularına zərbələr endirib.

***

12:15

“Reuters”in məlumatına görə, Livan ordusu İsrailin hücumları fonunda sərhəd boyunca azı yeddi mövqedən geri çəkilib.

***

12:00

Oman İran PUA-larının hücumundan sonra Duqm dəniz limanında neft tankerinin partladıldığı və alovlandığını açıqlayıb.

***

11:57

İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, SEPAH-ın “Qüds” briqadası komandirinin müavini İsrailin Beyruta hava zərbələri zamanı öldürülüb.

***

11:34

İranın İraqdakı proksi qrupları ölkənin şimalındakı kürd qüvvələrinin düşərgəsinə dronlarla hücum ediblər.

***

11:30

“Hizbullah” İsrail ordusunun Qolan təpələrindəki qərargahının atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalında bildirilib.

***

11:18

İsrail ordusu müdafiəsini gücləndirmək məqsədilə Livanın cənubunda bir neçə mövqeni tutduğunu açıqlayıb.

***

10:43

Böyük Britaniya Yaxın Şərqdəki gərginlik fonunda özünün “Type-45” esmineslərindən birini yüksək hazırlıq vəziyyətinə gətirib.

Teleqraf xəbər verir ki, bu barədə “The National” Britaniya Hərbi Hava Qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, hərbi gəmi fövqəladə hallar üçün yüksək hazırlıq vəziyyətindədir. Esmines PUA və İranın hipersəs raketlərini ələ keçirə bilən “Sea Viper” zenit-raket sistemi ilə təchiz olunub.

***

10:39

Qolan, Yerusəlim (Qüds), Qalileya və İsrailin digər bölgələri PUA-larla hədəfə alınıb.

Ölkənin bu və digər bölgələrində hava hücumu siqnalı verilib.

İsrail mənbələri PUA-ların “Hizbullah” tərəfindən atıldığını bildiriblər.

***

10:02

İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta zərbələr endirilib.

Həmçinin, Livandan İsrail ərazisinə beş raket buraxılışı qeydə alınıb.

***

09:58

İran ABŞ-nin İraqın Ərbil şəhərindəki hərbi bazasına hücum edib.

***

09:54

Dünən gecə İrandan baş verən hücumdan sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı ABŞ səfirliyi fəaliyyətini və bütün ictimai qəbulları növbəti xəbərdarlığa qədər dayandırıb. Bu barədə diplomatik missiyanın saytında dərc olunmuş açıqlamada bildirilib.

Səfirlik həmçinin Səudiyyə Ərəbistanındakı bütün vətəndaşları təhlükəsiz sığınacaqlar tapmağa və növbəti xəbərdarlığa qədər oranı tərk etməməyə çağırıb.

***

09:52

İrandan hava hücumu ilə əlaqədar İsrailin bəzi bölgələrində həyəcan siqnalları verilib.

***

09:51

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, İordaniya, İraq və Bəhreyndəki səfirliklərin bəzi diplomatları və ailələri təxliyə olunur.

***

09:45

ABŞ-nin Qətərdəki səfirliyi ölkədəki bütün amerikalıları təhlükəsiz sığınacaq tapmağa və növbəti xəbərdarlığa qədər orada qalmağa çağırıb.

Səfirlik həmçinin bu həftə ABŞ vətəndaşlarına xidmət göstərməyəcəyini bildirib. Bundan əlavə, səfirlik Qətərdən gedən ABŞ vətəndaşlarını təxliyə etmir və ya onlara birbaşa yardım göstərmir.

***

09:35

İsrail ordusu Livanda “Hizbullah” Hərəkatının “Nur” radiostansiyasına zərbə endirib.

***

09:29

İran Hərbi Hava Qüvvələri Bəhreynə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button