İran bombardman altında: Urmiyada polis bölmələri, SEPAH-ın kəşfiyyat mərkəzləri və “Bəsic” bazaları partladıldı – YENİLƏNİR

İsrail Hərbi Hava Qüvvələri tərəfindən Urmiyada polis bölmələri, SEPAH-ın kəşfiyyat mərkəzləri və “Bəsic” bazalarına hava zərbələri endirilib.
***
13:58
“Bəsic” qüvvələrinin Tehranın qərbində yerləşən bazası darmadağın edilib. Həmçinin, Tehranın şərqində Borucerdi şəhərinin İsrail döyüş təyyarələri tərəfindən hədəfə alındığı bildirilib.
İsfahanda İran ordusunun “Qədr” raket anbarı hədəfə alınıb.
Qəzvin şəhərində də partlayışlar baş verib.
***
13:05
Kirmanda İran ordusunun sursat anbarı hədəfə alınıb. Obyektin PUA-larla vurulduğu bildirilib.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi Tehran üzərində İrana məxsus “Yak-130” qırıcı təyyarəsini vurub.
Kirmanşahda neft yatağı ətrafında partlayış baş verib.
***
12:59
Tehran yenidən hava hücumuna məruz qalıb. “Bəsic” qüvvələrinin paytaxtdakı obyektlərinə zərbələr endirilib.
İran Hərbi Hava Qüvvələrinin Şirazdakı bazası da bombardman edilib.
***
12:04
İsrail Müdafiə Qüvvələri Tehranda İran hökumətinin infrastrukturuna qarşı genişmiqyaslı hücum dalğasına başlayıb.
Tehranla yanaşı, Kərəcdə də qırıcı təyyarələrin uçuşu və çoxsaylı partlayışlar barədə məlumat verilib.
***
11:52
İsrail Hərbi Hava Qüvvələri Urmiya şəhərinə zərbələr endirib.
Eyni vaxtda paytaxt Tehrana da hücumun olduğu bildirilib. ISNA paytaxtın şərqində güclü partlayışın baş verdiyini yazıb.
***
11:15
İrana davam edən hava hücumları fonunda paytaxt Tehran, Şiraz və İsfahanda partlayışlar baş verib.
***
11:12
İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah şəhərinə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.
Polise.az



