Yeltsin SSRİ ilə bağlı nə təklif etmişdi – Kravçuk açıqladı

Sovet İttifaqını konfederasiyaya çevirməklə saxlamaq olardı.

Bunu Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyib.

Kravçukun sözlərinə görə, Belovejsk razılaşmasından əvvəl Moskvada SSRİ-ni vahid dövlət kimi saxlamaqla bağlı müzakirə aparılıb.

“Yadımdadır ki, Yeltsinlə ikimiz bu məsələni müzakirə edirdik. O, əksər respublikaların rəhbərləri ilə məsləhətləşirdi. Yeltsin federativ respublika əvəzinə konfederasiya yaratmağı təklif etdi. Siyasətçilər detalları müzakirə etdikdən sonra o, Qorbaçovun yanına getdi”, – Kravçuk bildirib.

Onun sözlərinə görə, Qorbaçov Yeltsinin təklifi ilə razılaşmayıb və SSRİ-nin saxlanılması üçün referendum keçirməyi təklif edib:

“Məlum oldu ki, Qorbaçov radikal dəyişiklik etmək istəmir. O, sistemin saxlanılması ilə bağlı dəyişiklik istəyirdi. Bu isə mümkün deyildi”.

Hamısını Göstər

Related Articles

Back to top button