Yeni başçı işçilərlər bağlı islahata başladı
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 2 müavinini və köməkçisini vəzifəsindən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Elmir Bağırovun əmri ilə, Saatlı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.