Yeni Kaledoniyanın XİN başçısı: Bakı Qurultayında çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq

Azərbaycan hökumətinə və bizim burada olmağımıza şərait yaradan bütün insanlara təşəkkür edirik. Fransanın koloniyaları ilə bağlı bu Qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq.

Polise.az  xəbər verir ki, bu sözləri Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı deyib.

“Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq”, – deyə o əlavə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button