Yer kürəsində dəhşətli parçalanma: Qitə iki yerə bölünür

Almaniyanın Kil Universitetinin alimləri belə qənaətə gəliblər ki, Afrika qitəsi iki yerə bölünür.
Teleqraf xəbər verir ki, bu proseslə bağlı ilkin məlumatlar 1960-cı illərin sonlarında Yer kürəsində iqlim baxımından ən əlverişsiz bölgələrdən biri sayılan Efiopiyanın Afar regionunda aparılan araşdırma zamanı əldə olunub.
Yeni texnologiyalar bu hadisəni daha dəqiq araşdırmağa imkan verib.
Tədqiqatçılar həmin dövrə aid məlumatları müasir texnologiyalarla analiz edərək, bölgədə Yer qabığının maqnit quruluşu haqqında yeni bilgilər əldə ediblər. Bu da Afrika qitəsinin necə yerini dəyişdiyi, dartıldığı və “riftogenez” adlanan proses nəticəsində iki yerə ayrıldığını daha yaxşı anlamağa imkan verir.
Maqnit məlumatlarının araşdırılması Afrika və Ərəbistan yarımadası yaranan çatın başlanğıcını aşkarlamağa imkan yaradıb. Mütəxəssislərin sözlərinə görə, tam ayrılma baş verdikdə (təxminən 5-10 milyon il sonra) Afrika iki ayrı quru parçasından ibarət olacaq.
Kil Universitetinin geoloqu, professor Piter Stayls əlavə edib ki, yeni araşdırma planetin daim necə dəyişdiyini müşahidə etmək üçün unikal imkan yaradır.
Polise.az



