Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olunublar VİDEO

Paytaxtın mərkəzi küçələrində yetkinlik yaşına çatmayan iki nəfərin insanlara yaxınlaşaraq onların əl çantalarını və qiymətli əşyalarını talamaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Aparılan araşdırmalar nəticəsində azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyənləşdirilib. Tədbirlərin davamı olaraq, həmin şəxslər – 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov də müəyyən olunaraq saxlanılıblar. Onların azyaşlıları qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb. İ. Bukavazin və M. Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button