Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı sürücülərə müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, müraciətdə qeyd olunur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri xidmət göstərəcək.

“Bayram günlərində Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən Müayinə Mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış şöbələri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq. Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər” – deyə idarənin açıqlamasında qeyd olunub.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button