Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib

8 Noyabr – Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:

-Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;

-Şəhidlər xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

-Yasamal parkı – Ə.Haqverdiyev küçəsi – H.Cavid prospekti – Parlament prospekti – Şəhidlər xiyabanı;

-“Olimpik Star” İdman və Əyləncə mərkəzi – S.Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – H.Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

-N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev Sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi.

Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button