Yol polisinə tabesizlik göstərən yük avtomobilinin sürücüsü həbs edilib

Yol polisinə tabesizlik göstərən yük avtomobilinin sürücüsü həbs edilib.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi “Hovo” markalı yük avtomobili Baş DYP İdarəsinin Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb. Araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə 6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib.

Məlumata görə, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək süni gərginlik yaratmağa calışıb.

Onu intizama dəvət edən YPX əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tələblərin görüləcəyini bildirir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button