YPG Hələbdə məscidi vurdu: şəhər mərkəzində ibadət ocağı hədəfə alındı

Suriyada fəaliyyət göstərən terror təşkilatı YPG Hələb şəhərinin mərkəzində yerləşən Rəhman məscidini atəşə tutub.

Musavat.com xəbər verir ki, hücum nəticəsində məscidin binasına ciddi ziyan dəyib. Hadisə zamanı ərazidə olan mülki şəxslər arasında xəsarət alanların olub-olmaması ilə bağlı hələlik dəqiq məlumat açıqlanmayıb.

Qeyd edək ki, Hələb şəhərində vəziyyət gərgin olaraq qalır. Şəhərin bir neçə məhəlləsində Suriya Ərəb Ordusu ilə terrorçu YPG kürd silahlı qruplaşması arasında şiddətli döyüşlər davam edir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button