Yunanıstanın Türkiyəyə qarşı addımına Ankaradan reaksiya: Sizi başa salacağıq

“Türkiyənin regiondakı kritik rolu və Avropanın təhlükəsizliyi üçün önəmini gözardı etmək cəhdləri uğursuzluğa məhkumdur. İkitərəfli mübahisələri çoxtərəfli platformalara daşımaq, ölkəmizi kənarda qoymağa yönəlmiş səylər xoşməramlı və ağıllı addımlar deyil”.

Teleqraf xəbər verir ki, bu sözləri Yunanıstan Xarici İşlər Nazirliyinin Ankaranı Avropa İttifaqının (Aİ) müdafiə layihələrindən kənarlaşdırmaq səylərini şərh edən Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“NATO və ATƏT-in üzvü, Aİ üzvlüyünə namizəd ölkə olan Türkiyə inkişaf edən müdafiə sənayesi, regional böhranların həllində mühüm rolları və güclü ordusu ilə Avropanın təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsidir. Türkiyənin gücünü anlamayanlara bunu başa salmağa davam edəcəyik.

 

Digər yandan, Aİ-yə üzvlük ölkəmiz üçün strateji hədəf olaraq qalır. Türkiyə və Aİ müdafiə və təhlükəsizlik, terrorla mübarizə, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi bir çox mövzuda uzunmüddətli strateji maraqları bölüşür. Hesab edirik ki, Avropanın təhlükəsizliyini yalnız inklüzivlik, strateji uzaqgörənlik və kollektiv həmrəylik vasitəsilə gücləndirmək olar. Bunun üçün uzaqgörən yanaşma tələb olunur”, – qurumun sözçüsü vurğulayıb.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button