Zəngəzur dəhlizi ilə 9 şirkət maraqlanıb

Saziş çərçivəsində Cənubi Qafqaz regionundan keçəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Zəngəzur dəhlizi) yaradılacaq.

Tramp administrasiyasının yüksək vəzifəli rəsmisinin sözlərinə görə, bu marşrutun elanından sonra cəmi bir gün ərzində üçü ABŞ şirkəti olmaqla, doqquz müxtəlif operator onun istismarı ilə maraqlanıb.

Rəsmi qeyd edib ki, layihə Amerika biznesinə və Avropa enerji bazarına böyük təsir göstərəcək:

“Bu, Amerika biznesi və Avropadakı enerji resursları üçün son dərəcə güclü təsirə malik olacaq. Burada uduzanlar Çin, Rusiya və İran, qazanan isə Qərbdir”, – deyə o vurğulayıb.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Tramp mərasim zamanı ABŞ ilə hər iki ölkə arasında enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət sahələrini əhatə edən ikitərəfli sazişlərə də imza atacaq.

 

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button