Zəngəzur dəhlizində maraqlar toqquşur

Son aylarda Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı fonunda Zəngəzur dəhlizi ilə bağlı proseslər yeni impuls qazanıb. Dəhlizin açılması təkcə region ölkələri üçün deyil, eyni zamanda Asiya ilə Avropa arasında alternativ ticarət marşrutlarının formalaşması baxımından da strateji əhəmiyyət daşıyır.

Bu marşrut “Orta Dəhliz”in əsas hissəsi kimi çıxış edir və Transxəzər nəqliyyat yolunun vacib qolu sayılır. Məhz bu səbəbdən beynəlxalq güclərin, xüsusilə də Çin Xalq Respublikasının (ÇXR) kimi iqtisadi nəhəngin prosesə marağı, layihənin gələcəyinin sürətlənməsi ehtimalını daha da artırır.

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn bildirib ki, bu məsələdə əsas yük iştirakçı ölkələrdən daha çox, Azərbaycan və Ermənistanın üzərinə düşür:

“Tərəflərin siyasi iradəsi burada həlledici rol oynayacaq. Ancaq bəli, Zəngəzur dəhlizi artıq regional deyil, qlobal layihəyə çevrilib. Əgər bu prosesə Çin də qoşularsa və ABŞ-ın maraqları ilə üst-üstə düşərsə, dəhlizin açılması sürətlənə bilər.

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button