“Zəngəzur dəhlizinin reallaşacağına inanırıq”

Polise.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu koridor Orta Dəhliz baxımından xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün vacibdir:

“Zəngəzur dəhlizi Türkiyənin türk dünyasına açılmasına, eyni zamanda Orta Asiyaya çıxış yolunun formalaşmasına imkan verəcək”.

Hakan Fidan ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio tərəfindən imzalanan sənədin Zəngəzur dəhlizinin reallaşmasına hansı təsirlərinin ola biləcəyi məsələsinə də toxunub:

“Azərbaycanlı həmkarım Ceyhun Bayramovla iki saatlıq telefon danışığı apardıq və bu sənədin məzmununu müzakirə etdik. Sənəddə nələrin əks olunduğu və Azərbaycanın bununla bağlı mövqeyini öyrəndik. Çünki bu, çox önəmlidir. Prezidentimizə də bu barədə məlumat verdik”.

H.Fidan vurğulayıb ki, Rəsmi Ankaranın məqsədi Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin imzalanmaqla yekunlaşması və iki ölkə arasında normallaşmanın həyata keçirilməsidir:

“Nəticədə yolumuza sabitlik və rifahla davam etmək istəyirik. Hazırda Azərbaycan, Ermənistan və Türkiyə siyasi rəhbərliyində bu iradə var. Sadəcə Ermənistanın həyata keçirməli olduğu bir neçə məsələ var. Bu istiqamətdə Ermənistanda seçkilər var. Biz Nikol Paşinyanın seçki məsələsində öndə getdiyini görürük. Seçki önəmli mərhələdir. Paşinyanın oynadığı konstruktiv mövqeyi dəstəkləyirik”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button