Zakir Həsənov səs verdi – FOTO
![](/wp-content/uploads/2025/01/whatsapp_image_2025-01-29_at_09.17.39_1-780x470.jpg)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
Polise.az xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.
Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparır. 685 bələdiyyə üçün 8071 üzv seçiləcək. Seçkilərdə 24 siyasi partiya iştirak edir.
Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.
Polise.az