Zakir Həsənov: “Tankçılarımız artıq öz məharətlərini göstərib”

“Azərbaycan tankçılarının finala yüksəlməsi artıq bir nailiyyətdir”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Azərbaycan tankçılarının Beynəlxalq Hərbi Oyunlarda finala yüksəlməsi artıq bir nailiyyətdir. Yarışları izləyəcəyik. Bəzi məqamlar var. Realist olmaq lazımdır. Tankçılarımız artıq öz məharətlərini göstərib”, – o bildirib.

Qeyd edək ki, Rusiyada səfərdə olan Z.Həsənov “Tank biatlonu” Beynəlxalq Ordu İdman Oyunları çərçivəsində finala yüksəlmiş Azərbaycan tankçılarının yarışını izləyəcək.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button