Zaqatala sakinindən qanunsuz olaraq saxladığı odlu silah götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Abdulla Durmuşovdan müvafiq sənədləri olmayan “İJ” markalı qoşalülə ov tüfəngi götürülüb.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.




