Zaqatalada 22 baş qoyunu oğurlayan şəxslər saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kəbəloba kənd sakini Şaban  Carayev  ona məxsus kənarları hasarlı torpaq sahəsindən ümumi dəyəri 4 min manata yaxın olan 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunları oğurlayan şəxslərin Zaqatala rayon sakinləri-Natiq və Sərxan Ramazanovlar olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları heyvanlar isə həmin şəxslərdən götürülərək sahibinə geri qaytarılıb.

 Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button