Zaqatalada baş verən qəzada üç nəfər xəsarət alıb

Zaqatala-Muxax-Yuxarı Çardaqlar kənd yolunda qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Muxax kəndi sakini 22 yaşlı Vüqar Musayev sərt döngədə “VAZ 2106” markalı minik avtomobilinin idarəetməsini itirərək, qəza törədib. Nəticədə, özü ilə yanaşı həmkəndliləri – 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Polise.az



