Zaqatalada fərdi evdə keçirilən nişan mərasimində karantin qaydaları pozulub
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evdə təşkil edilən nişan mərasimində karantin qaydalarının pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun Danaçı kəndində İbrahim Diniyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən nişan mərasimində dəvət edilən qonaqlardan bir neçəsinin COVID-19 pasportu olmadığı müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar ev sahibi İ.Diniyev inzibati məsuliyyətə cəlb edilib və o, 300 manat məbləğində cərimələnib.