Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı karantin qaydalarının pozulduğu toy mərasimi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Yolayrıc kəndində Nazim Buraqova məxsus evin həyətində təşkil edilən toy mərasimində iştirak edən qonaqların əksəriyyətinin,eləcə də mərasim sahibinin COVID-19 pasportu olmadığı, masalararsı məsafənin gözlənilmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntularına görə, N.Buraqov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button