Zaqatalada keçmiş məhkumdan 4 kq marixuana götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik  vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı  özünə məxsus “VAZ-2107” markalı avtomobilin yük hissəsindən  4 kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

 Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button