Zaqatalada mağazadan oğurladığı pulu əyləncəsinə xərcləyən şəxs saxlanılıb

Zaqatala rayonu Qımır kəndi ərazisində yerləşən mağazadan gecə saatlarında oğurluq edilməsi ilə bağlı Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Muxax kənd sakini, 24 yaşlı Arif Aslanov  saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı 1150 manat pulun yarısını öz əyləncəsinə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə pulun qalan hissəsi isə saxlanılan şəxsin yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Arif Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Back to top button