Zaqatalada təhlükəsizlik kəmərindən istifadə etməyən 20 sürücü cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin müəyyən edilməsi məqsədilə rayon ərazisində reyd keçiriblər.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən təhlükəsizlik tədbirləri zamanı kəmərdən istifadə etməyən sürücülər aşkarlanıb. Polis əməkdaşları onlarla profilaktiki söhbətlər aparıb. Diqqətə çatdırılıb ki, qeydə  alına biləcək yol-nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə edilməsi sürücü və sərnişinlərin həyat və sağlamlığının qorunmasıdır.Bu səbəbdən  hərəkətdə olan nəqliyyat vasitəsində olan şəxslərin təhlükəsizlik kəmərindən istifadə etmələrinin vacibliyi vurğulanıb.

Keçirilən tədbirlər zamanı bu kimi qayda pozuntusuna yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button