Zatulin(lər)ə kəsdiyimiz “ömürlük” CƏZA – Dərsi verilən həm də Rusiyadır

Bakı Hərbi Məhkəməsində dünən xuntaçılara kəsilən cəzalar məlum düşmən çevrələri əməlli-başlı yasa boğub. Bunlar – günü bu gün də sərsəm ideyaların əsiri olub “çəhrayı arzular”la yaşayan, “göylərdə süzən” erməni revanşist sürüsü və onun Rusiyadakı, Qərbdəki havadarlarıdır.

Gözlənilən idi. Ona görə ki, məhkəmə araiklərin timsalında hər şeydən öncə Azərbaycan xalqına faciə-müsibətlər yaşatmış erməni separatizminə hökm oxuyub, separatizmi, işğalçılığı cəzalandırıb. Nə zamansa, eyni avantüraya gedə biləcək ünsürlərə indidən ibrətamiz və tarixi xəbərdarlıq edib…

Bu, şübhəsiz, bir daha Azərbaycan dövlətinin iradəsini göstərməklə yanaşı, həm də 44 günlük Vətən savaşındakı Zəfərimizin və bir günlük antiteror əməliyyatının məntiqi-hüquqi sonluğudur. Xuntaçıların və onların Rusiyadakı, Qərbdəki CİNAYƏT ortaqlarının kitabının bağlandığı haqda məlum mərkəzlərə və bütün dünyaya çatdırılan apaydın, mühüm mesajdır.

Təsadüfi deyil ki, əl-ayağa düşənlər arasında Rusiya Dövlət Dumasının üzvü, Kremlin Qarabağ mövzusunda uzun illərdir təxribatçı məqsədlər üçün istifadə elədiyi bədnam Konstantin Zatulin öndə gəlir. Zatulinə bağlı “Lazarevski klubu”nun yaydığı absurd bəyanat məhkəmə prosesinə Moskvanın siyasi sifarişli reaksiyası sayıla bilər…

Gərək nə qədər vicdansız olasan, şərəf-ləyaqətini itirəsən ki, Xocalı soyqırımı daxil, Azərbaycan xalqına qarşı onilliklər boyu bəşəri cinayət törədənlərin cəzalanmasını alçaqcasına “cəza aksiyası, tamaşa” kimi təqdim edəsən. Cani-quldurları, uşaq qatillərini məsum-mələk qismində təqdim edəsən.

Hələ harasıdır, Zatulinin imzaladığı təxribatçı “sənəddə” Bakıda çıxarılan hökmlərin Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinə sülh mükafatı verildiyi günə təsadüf eləməsi məxsusi vurğulanır. Təbii ki, kinayəli şəkildə. Siyasi ikiüzlülüyün buynuzu–zadı olmur ki…

d51ef85d-177d-4992-b450-e20a2a60a0e2.jpg (180 KB)

Bəli, xuntaçılara kəsilən cəzalar məhz böyük sülh və barışıq prosesinin tərkib hissəsidir ki var. Əksi yox! Zatulinlər belə şeyi heç vaxt anlamazlar. Yaxud anlamaq istəməzlər.

İşə bax, məgər alman nasistlərinə SSRİ (Rusiya) rəhm eləmişdi? Bu yaramaz niyə Nürnberq Məhkəməsinə də etiraz və lağ eləmir? Niyə o dəliyə, itə dönüb, yaxa cırır, qəzəb püskürür?

Ona görə ki, Kremlin “erməni kartı” artıq əlindən çıxıb, Azərbaycan və Ermənistanı mifik “dqr”, “artsax” hesabına on illərlə nəzarətdə saxlamaq imkanı sıfırlanıb və bir daha geri qayıtmayacaq! O səbəbə ki, Azərbaycan məhkəməsi təkcə separatçı-xuntaçıları, bəşəri cinayət törədənləri öz cəzalarına çatdırmayıb, eyni zamanda, onların Rusiya, Zatulin simasında havadarlarının, illər uzunu münaqişəni qızışdırıb xalqımızın əzablarını artıranların belini qırıb, dərsini verib. Çoxdan haqq elədikləri dərsi…

Yəni, “ömürlük” alanlar həm də Konstantin Zatilin çaplı köpəklərdir, digər Türk düşmənləri, elementar insan ləyaqətini itirənlərdir. Cəzalanan Rusiyanın özüdür. Hələ davamı var. Kremlin uğursuz “desantı” və tulası Ruben Vardanyan da eyni aqibət gözləyir.

Əslinə qalsa, daha nə sağdan-soldan, nə də yaxından-uzaqdan (Rusiyadan-Fransadan) hürənlərə fikir verməyə dəyməz. Karvan hər yol kənarından hürən itə, çaqqala, başqa iki-dörd ayaqlılara vaxt ayırsaydı, mənzil başına çata bilməzdi.

“Mənzil başı” isə elə də uzaqda deyil. Ora varid olandan sonra zatulinləri heç it yerinə də qoymayacaqlar. Qoymayacağıq… \Musavat Zahid SƏFƏROĞLU\

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button