Zaxarova: “Bakı və İrəvanın konstruktiv münasibətini görürük”

“Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun (Rusiya, Azərbaycan, Ermənistan) fəaliyyəti çərçivəsində həm Bakının, həm də İrəvanın konstruktiv münasibətini görürük”. 

TASS agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə söyləyib.

M. Zaxarova üçtərəfli işçi qrupunun əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb.

“Ümid edirik ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistan tərəfinin rəsmi açıqlamalarında və media məkanında da üstünlük təşkil edəcək”, – deyə M. Zaxarova vurğulayıb.

Hamısını Göstər

Related Articles

Back to top button