Zaxarova: Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır
“Ermənistan Qərblə əməkdaşlıq edərək öz təhlükəsizliyini riskə atır”.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Ermənistanda NATO ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verirlər – təbii ki, bu qəribə hadisədir. Onlar Vaşinqtonda keçirilən alyans sammitində iştirak ediblər, birgə hərbi manevrlər keçiriblər. Bunun bariz nümunəsi kimi ölkə ərazisində keçirilən “Eagle Partner 2024” birgə ABŞ-Ermənistan təlimlərini misal çəkmək olar.Bu təkcə təəssüf deyil, həm də Ermənistanın gələcəyi üçün narahatlıq doğurur, çünki Aİ və ABŞ bir çox ölkələrlə belə maxinasiyaları dəfələrlə edib. Bunun necə bitdiyini çox yaxşı bilirsiniz: onlardan istifadə olunur, sonra gərəksiz kimi atılırlar”, – Zaxarova bildirib.
Zaxarova Moskvanın İrəvandan Rusiya Federasiyasının Qafanda Baş Konsulluğunun açılması ilə bağlı, o cümlədən diplomatik praktikada qəbul edilmiş paritet və qarşılıqlılıq prinsipini nəzərə almaqla əlavə addımlar gözlədiyini qeyd edib.
Polise.az