Zaxarova: Ermənistan verdiyi bəyanatlara baxmayaraq, hələ də KTMT-nin bir hissəsidir

Ermənistan de-yure olaraq öz hüquq və öhdəlikləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır.

Polise.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, Ermənistan təşkilatla qarşılıqlı münasibətləri “kənara qoymaq” mövqeyindədir: “Fikrimizcə, bu, erməni xalqının maraqlarına ziddir. Ümid edirik ki, Ermənistanın özünün və bütövlükdə regionun təhlükəsizliyi naminə tam tərəfdaşlığımız bərpa olunacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button